22 
Dek
2016
11:13
116
27
4737
Virtual karabakh

“İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirildi – VİDEO

22 Dek, 2016
11:13
4737

“İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi 3 dildə (Azərbaycan, rus, ingilis) istehsal etdiyi “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə digər rəsmi qonaqlarla yanaşı, nazir Azad Rəhimov və Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da iştirak ediblər. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən istehsal olunan “İrəvan- gizlədilmiş həqiqətlər” sənədli filmi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tərəfindən uzun illərdir ki gizlədilməyə çalışması haqqındadır.

Film İrəvan şəhərinin salınmasından, şəhərdə türk-müsəlman hakimiyyətindən, İrəvan qalasından, məscidlərdən, meydanlardan, karvansaraylardan, ticarət köşklərindən, hamamlardan, bağlardan, İrəvanın Çar Rusiyası tərəfindən işğalından və demoqrafik vəziyyətdən, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsindən, azərbaycanlıların oradan köçürülməsindən, müasir və ən nahəyət, İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlardan və təsvirlərdən bəhs edir. 

İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri