23 
Okt
2018
13:56
36
161
4428
Virtual karabakh

Məktəblərdə cinsi tərbiyə dərsi necə tədris ediləcək? - VİDEO

23 Okt, 2018
13:56
4428

Məktəblərdə cinsi tərbiyə dərsi necə tədris ediləcək? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən artıq ölkə üzrə tam tətbiqinə başlanacaq.

Azərbaycan Respublikası Təhsil Nazirliyi cinsi tərbiyə dərsinin tədris olunmasına rəsmi münasibət bildirərək qeyd edib ki, vəsaitin əsas məqsədi özünə və başqalarına hörmət edən, situasiyanı və şəxsi davranışını təhlil və idarə edən, öz sağlamlığı üçün məsuliyyət daşıyan inamlı şəxsiyyətin formalaşmasına kömək etməkdir.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, məktəblərdə bu dərsləri pisixoloqlar və yaxud kolleclerdə təhsil almış tibb bacılarının tədris etməsi daha məqsədə uyğun olardı.

Ekspertin sözlərinə görə, bu dərsin tədrisi üçün xüsusi vəsait hazırlanmalıdır. Eyni zamanada, bu tədris vasitəsi hazırlanan zaman din xadiminin fikri nəzərə alınmalıdır.

Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi məlumatında o da bildirilir ki, vəsaitdə verilmiş məlumatlardan “Biologiya” fənni üzrə müvafiq məzmun standartlarının reallaşdırılması zamanı istifadə etmək tövsiyə edilir. Bu məlumatlardan sinif rəhbərləri, məktəbin həkimi və ya tibb bacısı da istifadə edərək dərsdənkənar vaxtlarda şagirdlərlə maarifləndirici söhbətlər apara bilərlər.

Baku TV əməkdaşlarının hazırladığı süjeti təqdim edirik:

Billurə Mikayıllı

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri