Noy
2018
15:29
21
676
28621
Virtual karabakh

Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər - VİDEO

2 Noy, 2018
15:29
28621

Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır. 

Oxu.Az-ın məlumatına görə, xəstənin anası Sevil Salmanova bildirib ki, oğlunun ayağını 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat ediblər. 

Belə ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb. 

Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köçürülüb. Bir aydır ki, reanimasiyada yatan Novruz Salmanov yenidən əməliyyat olunmalıdır. 

Xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva bu əməliyyatın pulunu ödəməkdən imtina edib.

Sevil Salmanova deyir ki, müvafiq qurumlara şikayət etsə də, cavab almayıb.

“Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva məsələ ilə bağlı bildirib ki, indiyə kimi Novruz Salmanovun müalicəsi üçün 30 min manat pul xərcləyib, bundan sonrakı xərcləri isə ödəməyəcək.

Qeyd edək ki, İradə Əliyeva Bakıda qatarla avtobusun toqquşması faktına görə oktyabr ayının 17-də istintaqa çağırılıb, daha sonra isə sərbəst buraxılıb.

Billurə Mikayıllı, Valeh Arifoğlu

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri