Noy
2018
11:04
11
183
7378
Virtual karabakh

Bakıda “qəza gecəsi”: üç qadın yaralandı - VİDEO

7 Noy, 2018
11:04
7378

Bakıda “qəza gecəsi”: üç qadın yaralandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən gecə saatlarında piyadaları maşın vurub.

Hadisə Bakının Bakıxanov qəsəbəsində baş verib. Belə ki, avtomobil yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Həsənova Gülşənə çırpılaraq onu yolun kənarına atıb. Zərərçəkən Təcili tibbi yardım briqadası tərəfindən Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. 

Analoji hadisə Bakıxanov qəsəbəsinin Eldar Xəlilov və Muxtar Fətəliyev küçələrinin kəsişməsində baş verib. 1964-cü il təvəllüdlü Əliyeva Elmira yolu keçmək istəyərkən avtomobilə çırpılaraq altında qalıb. O, Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Daha bir oxşar hadisə Buzovna qəsəbəsində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü İbrahimova Aygünü maşın vurub. Vəziyyəti sabitdir. 

Faktlarla bağlı araşdırmalar aparılır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri