24 
Apr
2024
19:16
62
465
38978
Virtual karabakh

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO

24 Apr, 2024
19:16
38978

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb” .

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib.

O qeyd edib ki, Nəsib həkimin çalışdığı “Birinci uşaq xəstəlikləri kafedrası” ilə heç bir problemi olmayıb.

“Xəbəri alanda kafedrada hamımız şok olduq. Əvvəlcə inanmaq istəmədik, yalan olduğunu düşündük. Çünki çox hörmət etdiyimiz, mehriban bir insan idi. Kafedra müdirimiz Rauf müəllimlə də dostdurlar.

Qohumlarının iddia etdiyi “yeni rəhbərlikdən inciməsi” məsələsinə gəlincə, qeyd edim ki, bizim kafedrada heç bir yeni rəhbər təyinatı olmayıb.

Nəsib həkim K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) işləyirdi və yeni rəhbər təyinatı orada olub”.

Əzizə İsmayılova

18:52

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə ilə bağlı açıqlama verib.

Hadisəyə səbəb kimi ailə münasibətlərinin gərgin olması bildirilib.

Mərhumun iş yoldaşı isə bu məlumatı təkzib edib:

“Ailə məsələsi deyil, düz demirlər. Xidməti işlə bağlı olduğunu bildiriblər. Deyəsən, təzə rəhbərlik xətrinə dəyib”.

Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub.

Ətraflı Baku TV-nin süjetində:

17:01

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də  yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin başvermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

14:38

Respublikanın intihar etmiş sabiq baş pediatrı, tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, pediatrın oğlu 15 ildən çoxdur ki, Ukraynada yaşayır. İntiharın ailə münasibətləri fonunda baş verdiyi, xeyli müddətdir ki, ailəsi ilə yola getmədiyi deyilir. Qeyd edilir ki, məhz bu səbəbdən də mərhum bir müddətdir ki, depressiyaya qapılıbmış.

Məktub istintaq orqanı tərəfindən götürülüb.

14:20

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb:

“1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Almaz Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri