15 
Apr
2016
14:23
326
28
5308
Virtual karabakh

Ermənistanda Lukaşenkonun hərbi doktrinasından narazıdırlar

15 Apr, 2016
14:23
5308

Ermənistanda Lukaşenkonun hərbi doktrinasından narazıdırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minskin Qarabağ üzrə mövqeyi İrəvanı qıcıqlandırır.

Belarusun qəbul etdiyi yeni hərbi doktrina Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanda narahatlıq doğurur.

Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində erməni xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib.

“Ermənistan onların Qarabağla bağlı mövqeyinə açıq narazılığını bildirib. Mən Belarusun səfirini XİN-ə dəvət etdim, bundan başqa, xarici siyasət idarəsinin rəhbəri belaruslu həmkarı ilə söhbət apardı və bundan sonra onlar bir qədər yumşaq mövqe təqdim etdilər”, - deyə Köçəryan bildirib.

Nazir müavini, həmçinin vurğulayıb ki, Belarusun qəbul etdiyi yeni hərbi doktrina təkcə Ermənistan deyil, bütün KTMT üçün problemdir.

Qeyd edək ki, Belarusun – KTMT-yə üzv ölkənin yeni hərbi doktrinasında bu dövlətin ordusundan xaricdəki hərbi əməliyyatlarda istifadə qadağan edilir.

“Belarus Respublikasının hərbi doktrinasının təsdiqlənməsi haqqında” qanun layihəsi Qarabağda təmas xəttində döyüşlərin getdiyi günlərdə sürətli rejimdə parlamentə təqdim olunub.

Xatırladaq ki, həmin günlərdə Belarus XİN-nin yaydığı bəyanatda vurğulanırdı ki, Minsk münaqişənin beynəlxalq hüququn prinsip və normalarına, ilk növbədə suverenliyin təmin olunması, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin pozulmaması prinsipləri, həmçinin BMT Təhlükəsizlik Şurası və ATƏT-in müvafiq qətnamələrinə uyğun həllini dəstəkləyir.

Beləliklə, bu bəyanatla Belarus Azərbaycanın haqlı mövqeyini tam dəstəkləmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri