May
2016
18:56
783
57
13650
Virtual karabakh

Səfir: Münaqişənin hərbi yolla həllinə hazırıq

3 May, 2016
18:56
13650

Səfir: Münaqişənin hərbi yolla həllinə hazırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizə başqa çıxış yolu qoymurlar”.

Əgər “DQR”in müstəqilliyi Ermənistan tərəfindən tanınsa, o zaman beynəlxalq hüququn bütün prinsipləri pozulmuş olacaq. Bu, ATƏT-in Minsk Qrupunun çoxsaylı təkliflərinin üstündən də xətt çəkəcək. Hesab edirəm ki, bütün həmsədr ölkələr, o cümlədən Rusiya bu məsələ ilə bağlı mövqeyini bildirməlidir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri “Qovorit Moskva” radiosuna müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

“Hesab edirəm ki, sağlam məntiq qalib gələcək. Bu məsələ bir neçə dəfə Ermənistan parlamentində qaldırılıb. Hər dəfə sağlam məntiq qalib gəlib. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması aprelin 2-də Ermənistan tərəfindən törədilən təxribatla eynidir. Azərbaycan bu gün də sülh danışıqlarına hazırdır, baxmayaraq ki, Azərbaycan ərazisi hər gün Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur”, - deyə səfir qeyd edib.

P. Bülbüloğlu bu məsuliyyətsiz qərarın nəticələrinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşəcəyini söyləyib:

“Çünki bunun nəticəsi çox mənfi olacaq. Azərbaycan bu gün də münaqişənin sülh yolu ilə həllinə hazırıdır. Əgər bu baş verməyəcəksə, biz münaqişənin hərbi yolla həllinə hazırıq. Əlbəttə, biz istəmirik ki, insanlar həlak olsun. Lakin bizə başqa çıxış yolu qoymurlar. Münaqişənin dondurulması çıxış yolu deyil. Problemin həlli çox sadədir. Beynəlxalq hüquq var. İşğal altındakı torpaqlar geri qaytarılmalıdır. Ermənistan qoşunları oradan çıxarılmalıdır.

Son hadisələr də göstərdi ki, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri vuruşur. İkinci məsələ Dağlıq Qarabağın statusu məsələsidir. Amma öncə işğal altındakı torpaqlar azad olunmalıdır. Bu məsələ həll olunan məsələdir. 20 ildən çoxdur ki, ATƏT-in Misnk Qrupunun bu məsələ ilə məşğul olur. Təkliflər masa üzərindədir.

Lakin Ermənistan tərəfi bütün hallarda qərarların icra edilməsindən qaçır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ermənistanın son addımı isə danışıqlar prosesindən imtina etməkdir. O zaman biz nə etməliyik? Ermənistan danışıqlar prosesindən imtina edirsə, bizə başqa yol qoymur”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri