May
2016
22:29
943
46
25675
Virtual karabakh

İşğal olunan əraziləri azad edən qəhrəmanlar – VİDEO

3 May, 2016
22:29
25675

İşğal olunan əraziləri azad edən qəhrəmanlar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəhrəmanlıq göstərən hərbçilər keçdikləri döyüş yolu barədə təəssüratlarını bölüşüblər.

ANS TV-nin çəkiliş qrupu Talış kəndi istiqamətində yüksəkliklərin azad edilməsi zamanı şücaət göstərən hərbçilərimizlə görüşüb. Qəhrəmanlıq göstərən hərbçilər keçdikləri döyüş yolu barədə təəssüratlarını bölüşüblər.

Qarşı tərəfin 7 tankını məhv edən kapitan Mirdaməd Bağıyev çiynindən yaralansa da bunu döyüş yoldaşlarından gizlədib. Yarasını sarıdıqdan sonra döyüş yoldaşları ilə qarşı tərəfin daha 5 texnikasını şəxsi heyəti ilə birlikdə məhv edib. Əsgərlər isə yalnız 4 günlük döyüş qələbə ilə nəticələnəndən sonra komandirlərinin yaralandığından xəbər tutublar. 

“Əsgərlərdən bir-ikisi yaralandığımı bildi. Sadəcə susmağı tələb elədim. Şəxsi heyətin köməkliyi ilə qurğunu dəyişirdim, mövqe tutub tankları bir-bir məhv edirdik. Birinci 7 tanklarını vurdum, 2-si qaçdı, sonra 1 cip, 3 dənə təkərli texnikalarını, dolu şəxsi heyətlə bir BMP-lərini. Bu şəkildə xeyli zirehli təkərli texnikalarını məhv elədik”, - deyə kapitan Mirdaməd Bağıyev döyüş əməliyyatlarından danışıb.

Sağaldıqdan sonra Mirdaməd Bağıyev yenidən öz döyüş mövqeyinə qayıdıb. Göstərdiyi şücaətə görə Ali baş komandan tərəfindən 3-cü dərəcəli vətənə xidmət ordeni ilə təltif edilib.

Gizir Cavid Hüseynov sanki döyüş deyil, təlim keçdikləri ermənilərə Azərbaycan əsgərinin gücünü göstərdiklərini bildirdi.

“Biz burada, elə bil, təlim keçirdik. Öz təlimimizi onlara göstərdik, sübut elədik ki, Azərbaycan ordusu nəyə qadirdir. Elə texnikaları var idi, vurub yararsız hala gətirirdik, heyəti düşüb qaçırdı, eləsi var idi ki, heç çıxa bilmirdi, elə orada məhv olurdu”, - deyə Cavid Hüseynov qeyd etdi. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri