May
2016
00:03
383
50
13800
Virtual karabakh

Ermənistan “DQR”i tanımaqdan imtina etdi

4 May, 2016
00:03
13800

Ermənistan “DQR”i tanımaqdan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tanınma şəraitin gələcək inkişafından asılı olacaq”.

“DQR”in tanınması haqqında 5 may tarixli məsələnin Ermənistan hökumətinin gündəliyinə salınması onun tanınması demək deyil.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Yerevanda erməni xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib.

“Hökumətin gündəliyinə qanun layihəsinin (“DQR”in tanınması haqqında) təqdir olunması deyil, iki deputatın qanunvericilik təşəbbüsü ilə bağlı rəyin verməsi daxil edilib” - deyə, nazir müavini bildirib.

“Tanınma (“DQR”in – red.) şəraitin gələcək inkişafından asılı olacaq”, - deyə, Koçaryan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatları bərpa etdiyi təqdirdə Dağlıq Qarabağın tanınması məsələsi gündəliyə daxil olacaq.

Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i  tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.

Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda  “DQR”-in  tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib.

Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri