24 
İyl
2016
12:42
23
220
2964
Virtual karabakh

Vasitəçilər Bakı və Yerevanı atəşkəs rejiminə əməl etməyə çağırdılar

24 İyl, 2016
12:42
2964

Vasitəçilər Bakı və Yerevanı atəşkəs rejiminə əməl etməyə çağırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərdən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyir.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Ermənistanın “Aravot” qəzetinə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Uorlik bildirib ki, Vyanada keçirilən görüşdən sonra atəşkəs rejimi əhəmiyyətli dərəcədə təmin edilib: 

“İstənilən güc tətbiqi həmsədrlər və həmsədr ölkələr tərəfindən ciddi mühakimə ediləcək. Vasitəçilər tərəfləri Vyana və Sankt-Peterburq görüşlərində əldə edilən razılaşmaları yerinə yetirməyə çağırır. 

Bu razılaşmalar ATƏT-in Monitorinq Qrupunun genişləndirilməsi, təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını, münaqişənin hərtərəfli tənzimlənməsinə apara biləcək mahiyyəti üzrə danışıqların aparılmasını ehtiva edir. Sankt-Peterburqda tərəflər arasında danışıqların yenidən başlanılmasını görmək bizə ümid yaradıb. 

Növbəti addım monitorinq missiyasının genişləndirilməsidir. Bununla bərabər həmsədrlər tərəflərlə insidentlərin araşdırılması mexanizmi ilə bağlı təklif üzərində işi dayandırmayacaq”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri