20 
Sen
2017
21:05
12
217
6165
Virtual karabakh

Dörd il erməni əsiri olan Şahbazın ailəsindən reportaj – VİDEO

20 Sen, 2017
21:05
6165

Dörd il erməni əsiri olan Şahbazın ailəsindən reportaj – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Anam yaşlı qadındır. Yalandan deyirik ki, Rusiyadadır".

ARB TV 4 ildirki erməni əsiri olan Şahbazın Şahbaz Quliyevin ailəsindən reportaj hazırlayıb.

Oxu.Az xəbər verir ki, Şahbazın bacısı İradə Quliyeva anasının gözünün yolda qaldığını bildirir: “Anam yaşlı qadındır. Yalandan deyirik ki, Rusiyadadır. Yolunu gözləyir. Aldadırıq ki, gələcək. Artıq 4 ildir ki, əsirlikdədir. O, bir övlad kimi dünyanın qarşısında həqiqətləri açdı. Bu, çox yaxşı haldır".

Onlar Dilqəm Əsgərovun oğlunun beynəlxalq aləmə səslənməsindən sonra ümidlənib. Şahbazın qohumları da düşünür ki, Kürdoğlunun dilindən çıxan həqiqətlər dünya ictimaiyyətini bir daha bu məsələ barədə dərindən düşünməyə vadar edə bilər.

Əlyar Qarayev: "Çox yaxşı oldu. Onun bu fikrləri səsləndirməsi, həqiqəti deməsi dünyaya səs saldı. Ermənilər yalan danışırdı. Bütün dünya başa düşdü ki, ermənilər səhv yoldadır".

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri