Dek
2016
23:00
317
127
15269
Virtual karabakh

Azərbaycan dünyanın ən çox hərbiləşmiş ölkələri sırasında – REYTİNQ

1 Dek, 2016
23:00
15269

Azərbaycan dünyanın ən çox hərbiləşmiş ölkələri sırasında – REYTİNQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 2016-cı il üçün qlobal militarizasiya (silahlanma) indeksi üzrə 9-cu olub.

Oxu.Az xəbər verir ki, bu analiz Almaniyanın Bonn şəhərindəki Beynəlxalq Konversiya İnstitutu (BİCC) tərəfindən aparılan Qlobal Militarizasiya İndeksi (Global Militarization Index 2016) tədqiqatında əksini tapıb.

Müəlliflər 1990-cı ildən bəri bu cür tədqiqatlar aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclərin Ümumi Daxili Məhsulun həcminə olan nisbəti, bu sahədə çalışanların əhalinin ümumi sayına nisbəti və ağır silahların sayının əhalinin sayına olan nisbəti kimi parametrlər əsasında ölkələri qiymətləndirirlər.   

Hesabat Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında hazırlanır.

Qlobal Militarizasiya İndeksində ilk üç yeri İsrail, Sinqapur və Ermənistan tutur. Dördüncü sırada İordaniya gəlir. Şimal qonşumuz Rusiya isə beşincidir.

Müəlliflər Cənubi Qafqazda silahlanmanın artmasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.

İlk onluq belədir:

1. İsrail

2. Sinqapur

3. Ermənistan

4. İordaniya

5. Rusiya

6. Cənubi Koreya

7. Kipr

8. Yunanıstan

9. Azərbaycan

10. Bruney

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri