29 
Dek
2016
16:18
17
333
17675
Virtual karabakh

MN 7 hərbçimizin ölməsi barədə məlumatı şərh etdi

29 Dek, 2016
16:18
17675

MN 7 hərbçimizin ölməsi barədə məlumatı şərh etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur”.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

MN-dən bir daha təsdiq ediblər ki, hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.

“Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb”, - deyə MN-dən bildiriblər.

Qeyd edək ki, hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 erməni hərbçinin öldüyünü açıqlayıb. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri