30 
Dek
2016
16:17
305
32
6937
Virtual karabakh

Hərbi qulluqçular mükafatlandırıldı – FOTO

Gəncə Qarnizonu Zabitlər Evində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hərbi qulluqçular arasında bədii özfəaliyyətə baxış keçirilib.

Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bədii özfəaliyyətə baxışın keçiriliməsinin əsas məqsədi milli mədəniyyətin və incəsənətin, hərb ənənələrin və xidmətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də hərbi kollektivlərin möhkəmlədirilməsi, hərbi hissələrdə özfəaliyyət kollektivlərinin yaradılması və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Bədii özfəaliyyətə baxışda vokal, rəqs, musiqi alətləri və bədii qiraət nominasiyalarda ansambllar və solistlər işrak edib.

Beyləqan, Bərdə, Şəmkir və Gəncədə təşkil olunan seçim turunda 221 hərbi qulluqçu iştrak edib. Seçilən 98 hərbi qulluqçudan 25-i yarımfinala yüksəlib.

İştirakçıların ifalarına onlayn səs vermək mümkün olub. Onların ifaları Xalq artisti Azərin başda olmaqla digər peşəkar münsiflər heyəti tərəfindən də qiymətləndirilib.

Müsabiqənin qala-konserti və qaliblərinin mükafatlandırılması da Gəncə Qarnizonu Zabitlər Evində təşkil olunub. Mükafatların təqdim olunması Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev tərəfindən həyata keçirilib.

A.M.

www.oxu.az

Digər Müharibə xəbərləri