30 
Dek
2016
15:26
25
149
3453
Virtual karabakh

Azərbaycan MN: Erməni tərəfi dezinformasiya yaymaqda davam edir

30 Dek, 2016
15:26
3453

Azərbaycan MN: Erməni tərəfi dezinformasiya yaymaqda davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətəuyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əgər erməni tərəfinin “təkzibolunmaz sübutları” varsa, təqdim etsinlər.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri