31 
Dek
2016
23:27
342
104
12295
Virtual karabakh

Yeni il bayramı DTX-nın hərbi hissəsində

Dövlət Təhlükəsizliyi Xidmətinin "N" hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı qeyd edilib.

Oxu.Az xəbər verir ki, bun DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsində APA-ya deyiblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib, onun abidəsi önünə əklil qoyulub. 
 
Bayramlar münasibətilə prezident İlham Əliyevin adından hərbi hissənin bütün şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi sərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.
 
O bildirib ki, Azərbaycanın inkişaf strategiyasının banisi Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sürətlə tərəqqi edən respublikamızın siyasi-iqtisadi nüfuzu gündən-günə artır. Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrimizin modernləşdirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevriliB:Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində cari ilin aprel ayında ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq, gücünü bütün dünyaya nümayiş etdirib. Bu isə xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, işğal olunmuş ərazilərimizin azad olunmasına inam hissini və əzmini daha da artırıb". 
 
Qeyd edilib ki, bu gün DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Əsas məqsəd ölkə rəhbərliyinin və xalqın göstərdiyi yüksək etimadı doğrultmaq, işğal altında olan vətən torpaqlarını azad etmək üçün daim hazır olmaqdır. 
 
Sonra general-leytenant Mədət Quliyev aprel döyüşlərində qardaşları qəhrəmancasına həlak olmuş iki əsgəri həvəsləndirmə qaydasında məzuniyyətlə mükafatlandırıb.
 
Çıxış edən valideynlər prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən genişmiqyaslı işləri qeyd edərək, ordu quruculuğuna da böyük diqqət yetirildiyini vurğulayıblar.
 
Sonda respublikanın tanınmış incəsənət xadimləri tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilər.

www.oxu.az