Yan
2017
10:41
62
298
2599
Virtual karabakh

Düşmən pulemyotlardan mövqelərimizi atəşə tutub

1 Yan, 2017
10:41
2599

Düşmən pulemyotlardan mövqelərimizi atəşə tutub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri