10 
Yan
2017
00:26
217
7
1939
Virtual karabakh

Minsk Qrupu Ermənistanı Azərbaycan əsgərinin nəşini qaytarmağa çağırıb

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin nəşini dərhal vətəninə qaytarmağa çağırıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları həmsədrlərinin bəyanatında deyilir.

İqor Popov, Stefan Viskonti və Riçard Hoqlandın birgə bəyanatında deyilir: 

“Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”. 

S.B.
www.oxu.az

Digər Müharibə xəbərləri