10 
Yan
2017
14:00
232
27
6574
Virtual karabakh

Abdulla Qurbani Silahlı Qüvvələrdən tərxis olundu

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdən istefaya çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə “AzeriDefence”ə açıqlamasında polkovnik A. Qurbani özü məlumat verib.

Abdulla Qurbaninin hərbi xidmətdən tərxis edilməsi barədə əmr dekabrın 15-də verilib.

“Dekabrın 13-də 60 illiyim oldu. Ondan öncə istefaya göndərilməyim barədə raportla rəhbərliyə müraciət etmişdim. Rəhbərlik də sağ olsun, raportuma baxaraq müvafiq əmr verdi”, – deyə Qurbani bildirib.

A.Qurbani qeyd edib ki, o, fəaliyyətini mülki həyatda da davam etdirəcək. 

E.Ə.
www.oxu.az

Digər Müharibə xəbərləri