16 
Yan
2017
17:51
378
46
8261
Virtual karabakh

General: Şəhidimizin qisası tezliklə alındı

16 Yan, 2017
17:51
8261

General: Şəhidimizin qisası tezliklə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün erməni mətbuatı düşmən ordusunun daha 2 hərbi qulluqçusu – Qaqik Vardanyan və Araik Sarkisyanın ölüm xəbərini yayıb. Bu, bir daha sübut edir ki, Azərbaycan Ordusu cəbhə xəttində baş verənlərə tam nəzarət edir, əməliyyat və taktiki üstünlük tərəfimizdədir”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun fikrincə, müsbət cəhətlərdən biri də odur ki, görülən adekvat cavab tədbirləri nəticəsində şəhidimizin qisası tezliklə alınıb: “Ermənilər qısa müddətdə cəzalandırıldı. Əminəm ki, bundan sonra da belə olacaq. Ermənilər anlamalıdırlar ki, təxribatlar törədərək cəbhədə vəziyyəti gərginləşdirdikcə onların mənasız itkilərinin sayı artacaq”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri