17 
Yan
2017
15:32
448
24
5849
Virtual karabakh

Qarabağda erməni çavuş əsgəri güllələyib – YENİLƏNİB

17 Yan, 2017
15:32
5849

Qarabağda erməni çavuş əsgəri güllələyib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağda erməni əsgər Qurqen Sarkisyanın yaralanması ilə bağlı insidentin yeni təfərrüatları məlum olub.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, sıravi əsgər Qurqen Sarkisyan əsgər yoldaşı olan kiçik çavuş tərəfindən güllələnib.

Daha öncə yayılan məlumatlarda erməni əsgərin ehtiyatsızlıq nəticəsində özünü güllələdiyi haqda məlumatlar yayılmışdı. Hətta intihar versiyaları da müzakirə edilirdi.

Faktla bağlı Ermənistan Müdafiə Nazirliyi araşdırma aparır.

10:41

Yanvarın 16-da saat 23:55-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində odlu silahdan istifadə qaydalarının pozulması nəticəsində erməni hərbçisi Sarqsyan Qurgen Arutyunoviç (1997-ci il təvəllüdlü) yaralanıb.

Oxu.Az tert.am-a istinadən xəbər verir ki, hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün araşdırma aparılır. 

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri