17 
Yan
2017
14:30
268
19
4572
Virtual karabakh

Cəbhədə minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır – FOTO

17 Yan, 2017
14:30
4572

Cəbhədə minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir.

Döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri