18 
Yan
2017
15:14
300
26
12886
Virtual karabakh

Sərhəd Qoşunları silah tutmağı bacarmayan gənci belə dəyişdi – VİDEO

18 Yan, 2017
15:14
12886

Sərhəd Qoşunları silah tutmağı bacarmayan gənci belə dəyişdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təxminən bir il əvvəl sosial şəbəkələrdə yayılan hərbi geyimli bir əsgərin silahdan atəş açdığı video yenidən məşhurlaşıb. 

Oxu.Az AzeriDefence-ə istinadən xəbər verir ki, bu video sosial şəbəkələrdə geniş müzakirə olunduqdan sonra insanlar həmin gəncin fiziki qüsurlu olduğunu iddia edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.

Həmin gənc əsgər Sərhəd Qoşunlarında xidmətini davam etdirərək xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. O, bu gün müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib.

Oxu.Az Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edir. Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri