19 
Yan
2017
12:20
344
22
5700
Virtual karabakh

Polkovnik: Ermənilər təxribatlara son qoymasalar, daha çox hərbçisi öləcək

19 Yan, 2017
12:20
5700

Polkovnik: Ermənilər təxribatlara son qoymasalar, daha çox hərbçisi öləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son günlər Ermənistan ordusunda itkilərin sayının artması erməni cəmiyyətində böyük əks-səda doğurub. Sosial şəbəkələrdə yazan ermənilər vahiməyə düşdüklərini gizlətmir, erməni rəhbərliyini günahlandırmaqdan çəkinmirlər. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, yanvar ayının əvvəlindən bu günədək məhv edilən erməni hərbi qulluqçularının sayı artıq 5 nəfəri keçib, xeyli yaralıları var”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri APA-ya açıqlamasında ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib.

O bildirib ki, düşmən təxribatlarına və Azərbaycan ordusunun mövqelərinin atəşə tutulmasına qətiyyətlə və dərhal cavab verilir: “Şəhidimizin qisasının qısa zamanda, hətta artıqlaması ilə alınmasına hamımız şahid olduq. Çünki biz dəfələrlə xəbərdarlıq etmişik ki, əgər işğala son qoyulmazsa və təxribatlar davam etdirilərsə, düşmənə cavab daha sarsıdıcı olacaq.

Erməni tərəfi itkilərinin sayının azalmasını istəyirsə, bu cür əməllərinə son qoymalıdır. Artıq hər kəs əmindir ki, Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməməkdə qətiyyətlidir. Bunu, nəhayət, ermənilər də anlasalar, onlarının mənasız itkiləri də olmaz”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri