22 
Yan
2017
14:58
38
439
33364
Virtual karabakh

Məşhur Qarabağ döyüşçüsü torpağa tapşırılıb - VİDEO

22 Yan, 2017
14:58
33364

Məşhur Qarabağ döyüşçüsü torpağa tapşırılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla savaşan, məşhur döyüşçü Yaşar Məhərrəmov son mənzilə yola salınıb.

Oxu.Az istipress-ə istinadən xəbər verir ki, onunla vida mərasiminə yaxınları, dostları, eləcə də cəbhə yoldaşları gəliblər.

Mərhum döyüşçü Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, Yaşar Məhərrəmov ötən gün axşam saatlarında dostları ilə kafedə çay içərkən qəflətən ürəyindən kəskin ağrılar başlayıb. Son sözləri isə “deyəsən, mən Şuşanı görməyəcəyəm!” olub və dünyasını dəyişib.

Yaşar Məhərrəmov birinci Qarabağ savaşında şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhumun 3 uşağı var.                    

Allah rəhmət eləsin!

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri