Fev
2017
16:19
37
495
26736
Virtual karabakh

Ermənilərə girov düşən Elnur Hüseynzadə barədə iki ay “həbs qərarı” verilib

5 Fev, 2017
16:19
26736

Ermənilərə girov düşən Elnur Hüseynzadə barədə iki ay “həbs qərarı” verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün qondarma “Dağlıq Qarabağ Respublikası”nın  (DQR) “məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay “həbs qərarı” verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “məhkəmə” iclası qapalı keçirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə müvafiq beynəlxalq təşkilatların Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin Talış kəndi istiqamətində erməni hərbçiləri tərəfindən saxlanılması barədə məlumatlandırıldığını və onun azadlığa buraxılması üçün müvafiq addımların atıldığını açıqlayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri