15 
Fev
2017
16:34
376
34
7782
Virtual karabakh

Səfirlər Cocuq Mərcanlıda – FOTO + YENİLƏNİB

15 Fev, 2017
16:34
7782

Səfirlər Cocuq Mərcanlıda – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov müşayiət edir.

Ə.Həsənov 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verib.

Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrilib. Komitə sədri ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib.

Komitə sədri ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivi üçün nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işləri aparıldığını diqqətə çatdırıb.

Ə.Həsənov bu zaman su quyusunda 5 ədəd partlamamış minaatan mərmisi aşkarlandığını da diqqətə çatdırıb.

09:40

Bu gün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunur.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, səfər Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilir.

Foto: Ramil İbrahimov

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri