15 
Fev
2017
19:46
223
82
9592
Virtual karabakh

BQXK əməkdaşları ermənilərə əsir düşən azərbaycanlıya baş çəkiblər

15 Fev, 2017
19:46
9592

BQXK əməkdaşları ermənilərə əsir düşən azərbaycanlıya baş çəkiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağ missiyasının əməkdaşları bu yaxınlarda ermənilərə əsir düşən azərbaycanlıya baş çəkiblər. 

Oxu.Az-ın xəbərinə görə, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə fevralın 14-də olub.

Başçəkmə BQXK-nın standart prosedurlarına əsasən keçirilib.
 
İ.Hüseynova qeyd edib ki, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Elnur Hüseynzadə bir neçə gün əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri