17 
Fev
2017
19:18
309
24
2774
Virtual karabakh

Aİ Dağlıq Qarabağda planlaşdırılan “referendum”u tanımır

17 Fev, 2017
19:18
2774

Aİ Dağlıq Qarabağda planlaşdırılan “referendum”u tanımır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır.

Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya Avropa İttifaqının mətbuat xidmətindən Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi nəzərdə tutulan “referendum”la bağlı bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyanat verib: 

“Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri