22 
Fev
2017
08:50
347
34
5325
Virtual karabakh

Azərbaycan Belarusdan 170 milyon dollarlıq silah alıb

22 Fev, 2017
08:50
5325

Azərbaycan Belarusdan 170 milyon dollarlıq silah alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 2016-cı ildə Belarusdan 170 milyon dollar dəyərində silah-sursat alıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silahlanma xərcləri barədəki hesabatında qeyd olunur.

Bildirilir ki, Azərbaycan Belarusun əsas silah alan müştərilərindən biridir. Siyahının birinci pilləsində isə Çin qərarlaşıb. Müştərilər arasında Yəmən, İraq və Anqola da var.

Belarus 2016-cı il ərzində 625 milyon dollar məbləğində silah tədarük edib və bu göstəriciyə görə 18-ci yerdə qərarlaşır.

Satılan silahlar içərisində vertolyotlar, RƏM sistemləri, zirehli tank əleyhinə texnika, raket qurğuları və artilleriya var.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri