24 
Fev
2017
15:08
702
317
21970
Virtual karabakh

Zeynəb Xanlarova: Müharibə etməliyik

24 Fev, 2017
15:08
21970

Zeynəb Xanlarova: Müharibə etməliyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neçə illərdir hamı çıxış edir. Bunlar nə üçündür? Özümüz deyib, özümüz də eşidirik”.

Oxu.AzReport”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zeynəb Xanlarova deyib.

O bildirib ki, torpaqların işğaldan azad edilməsi məsələsində gözləmək lazım deyil: 

“Danışıqlar, müzakirələr mənə çatmır, onsuz da qulaq asmırlar. Müharibə etməliyik, torpaqlarımızı azad etməliyik. 25 ildir xeyli şəhid vermişik. Niyə belə olmalıdır?! ATƏT-in Minsk qrupunun addımını gözləməli deyilik. Ermənilər bizim evimizə girib. Hər dəfə ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür. Nə vaxta qədər dözməliyik? Onlar müsəlmanların düşmənləridirlər. Niyə icazə almalıyıq ki?”

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, müharibə ilə bağlı qərar vermək Ali Baş Komandan İlham Əliyevin səlahiyyətindədir: 

“Azərbaycan Prezidenti İlham Əliyev sülh danışıqları aparmaqla yanaşı, müharibəyə də hazırlaşır. Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına üzv olub. Düşünürəm ki, Zeynəb xanım sülh çərçivəsindən çıxış edərək bu cür deyir. Bu məsələdə bədgüman olmamalıyıq”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri