24 
Fev
2017
19:27
504
38
2320
Virtual karabakh

Türkiyə XİN: Xocalı faciəsini kəskin şəkildə qınayırıq

24 Fev, 2017
19:27
2320

Türkiyə XİN: Xocalı faciəsini kəskin şəkildə qınayırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsi ilə bağlı bəyanat yayıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bəyanatda 1992-ci il fevralın 26-da Ermənistanın Dağlıq Qarabağda Xocalı şəhərinə hücum etməsi nəticəsində 613 azərbaycanlının, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın qətlə yetirildiyi qeyd olunur: 

“1275 nəfər əsir alınıb, 150 nəfərin aqibəti isə bu günə kimi məlum deyil. Bu gün hələ də Azərbaycan torpaqlarının 1/5 hissəsi işğal altındadır, 1 milyona yaxın azərbaycanlı bacı və qardaşımız qaçqın həyatını davam etdirir. 

Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 25 il əvvəl Xocalıda qarşı-qarşı qaldıqları bu vəhşiliyin acısını qəlbimizin ən dərinliyində hiss edir və ağrını ən dərin hisslərimizlə paylaşırıq. Bu insanlıq faciəsinə yol açanlar hər zaman tarix önündə və vicdan qarşısında məhkum qalacaqlar. 

Ermənistan silahlı qüvvələri tərəfindən gerçəkləşdirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını kəskin şəkildə qınayırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir və onların xatirəsi qarşısında hörmətlə baş əyirik”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri