25 
Fev
2017
13:54
72
409
33744
Virtual karabakh

Ağdamda vəziyyət necədir? – RƏSMİ AÇIQLAMA

25 Fev, 2017
13:54
33744

Ağdamda vəziyyət necədir? – RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Ağdam rayonunda vəziyyət normaldır. Gecə saatlarında kəndlərə baş çəkərək, insanlarla görüşdük. Ciddi problem yoxdur, hər şey qaydasındadır.

Oxu.Az-ın məlumatına görə, bunu AzVision.az-a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə insanların evləri tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Heç kim evini tərk etməyib. Hamı əvvəlki günlərdə olduğu kimi öz həyatını yaşayır”.

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri