27 
Fev
2017
15:26
153
842
79413
Virtual karabakh

Son döyüşdə şəhid olan hərbçilərimiz – FOTO + YENİLƏNİB

27 Fev, 2017
15:26
79413

Son döyüşdə şəhid olan hərbçilərimiz – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın fotoları yayılmağa başlayıb.

Oxu.Az şəhid olan hərbçilərimizdən üçünün fotosunu oxucularımıza təqdim edir.

Haşımlı Tural Əbdül oğlunun yaxınları, onun 7 ay olar ki, evləndiyini bildirirlər. Şəhid Haşımlı ata olmağa hazırlaşırdı. Onun özündən böyük bacısı və kiçik qardaşı vardı.

Fotosu paylaşılan digər şəhidimiz isə 1982-ci il təvəllüdlü Abdullayev Aqşin İsmayıl oğludur.

Həmin gecə şəhid olmuş hərbçimiz Cəfərov Zakir Nazim oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri