27 
Fev
2017
21:08
35
406
19880
Virtual karabakh

NATO-dan rəsmi Bakı və Yerevana – ÇAĞIRIŞ

27 Fev, 2017
21:08
19880

NATO-dan rəsmi Bakı və Yerevana – ÇAĞIRIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-nun baş katibi Yens Stoltenberq Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları bərpa etməyə çağırıb. 

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, o, bu barədə bazar ertəsi, fevralın 27-də, Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bəyan edib.

“Əsas məsələ eskalasiyadan uzaq olmaqdır. Münaqişənin hərbi həll yolu yoxdur. Biz Ermənistan və Azərbaycanı danışıqlar masasına qayıtmağa çağırırıq”, - Stoltenberq deyib. 

Onun sözlərinə görə, NATO ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri