28 
Fev
2017
20:17
239
761
73308
Virtual karabakh

Şəhid Tural Haşımlı Ordubadda dəfn olunub – FOTO + VİDEO + YENİLƏNİB

28 Fev, 2017
20:17
73308

Şəhid Tural Haşımlı Ordubadda dəfn olunub – FOTO + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Tural Əbdül oğlu Haşımlı dəfn olunub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, şəhidlə doğulub boya-başa çatdığı Ordubad şəhərində vida mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və təşkilatların kollektivləri, minlərlə sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.

T.Haşımlı Ordubad şəhərinin şəhidlər xiyabanında dəfn olunub.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

16:28

Naxçıvanda şəhid Tural Haşımlının cənazəsi böyük izdihamla qarşılandı.

Oxu.Az naxcivanxeberleri.com-a istinadən xəbər verir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Haşımlı Tural Əbdül oğlunun cənazəsi Naxçıvan Beynəlxalq Hava Limanında minlərlə insan tərəfindən qarşılanmışdır.

Naxçıvan əhalisi öz şəhidini böyük ehtiramla qarşılayıblar.

Hazırda 1000-ə yaxın avtomobil karvanının müşayiəti ilə şəhidin cənazəsi doğulduğu Ordubad rayonuna aparılır.

Allah rəhmət etsin! Başın sağ olsun VƏTƏN!!!

13:58

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Haşımlının cənazəsi doğulduğu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna yola salınıb.

Oxu.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, şəhid zabiti qarşılamaq üçün Naxçıvan Muxtar Respublikasında böyük izdiham yaşanıb.

Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Haşımlı ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub.

11:13

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Haşımlının cənazəsi doğulduğu Ordubad rayonuna yola salınır.

Oxu.Az criminal.az-a istinadən xəbər verir ki, hava limanında böyük izdiham yaşanır.

Bakı beynəlxalq aeroportundan Oxu.Az-a verilən məlumata görə, hava şəraiti ilə əlaqədar şəhidin nəşini aparacaq təyyarə gecikir. Təyyarənin bu gün saat 12:00-da Naxçıvana yola düşəcəyi gözlənilir.

Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Haşımlı ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Onunla yanaşı digər 4 şəhidin nəşi döyüş meydanında qalmışdı. Dünən şəhidlərin nəşi neytral ərazidən təxliyə edilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri