28 
Fev
2017
12:16
353
60
15650
Virtual karabakh

Polkovnik: Qarşı tərəfin verdiyi itkilər barədə videomateriallar var

28 Fev, 2017
12:16
15650

Polkovnik: Qarşı tərəfin verdiyi itkilər barədə videomateriallar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biz müharibə şəraitində yaşayırıq. Bu səbəbdən heç vaxt müharibənin olmayacağını deməmişik. Həmişə deyirik ki, müharibə ehtimalı yüksəkdir. Gündəlik fəaliyyətə baxsaq, görərik ki, döyüş bölgəsində daim atəşkəs pozulur. Sadəcə, bu gah azalır, gah da çoxalır. Düşmən tərəfinin diversiya təxribat qrupları yenə də həmişə olduğu kimi vəziyyəti gərginləşdirir.

Oxu.Az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov son günlər cəbhədəki gərginliklər barədə fikirlərini BakiPost.az-a bölüşərkən deyib. Polkovnik bildirib ki, son bir ayda qarşı tərəfin verdiyi itkilər barədə videomateriallar var:

“Ermənistanın indiki addımları Qarabağla bağlı sülh danışıqlarını ləngidir. Çünki Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi bu məsələnin sülh yolu ilə həllolma ehtimalını, demək olar ki, yox dərəcəsinə gətirib çıxarır”.

Polkovnik Ermənistanın belə mövqe sərgiləməsinin kökündə ölkə daxilində gedən proseslərin, xüsusilə, apreldə keçiriləcək parlament seçkilərinin olduğunu düşünür:

“Bu təkcə Serj Sərkisyan dövründə deyil, ondan əvvəl də olub. Yəni seçkiqabağı həmişə Qarabağ məsələsi ortaya atılıb. Bunun ətrafında müəyyən bir dividentlər qazanmaq istəyirlər”.

Hərbi ekspert qeyd edib ki, son hadisələrin əsas səbəblərindən biri də ermənilərin havadarlarının tapşırıqları və ya məqsədləri ilə bağlı ola bilər:

“Aprel döyüşlərindən sonra ermənilər bəyan etdilər ki, biz yenə də o ərazini işğal edəcəyik, oranı olmasa da, başqa ərazini işğal edəcəyik, biz bununla barışmayacağıq. Nə ilə barışmayacaqlar? Azərbaycan torpağının azad edilməsi cəmiyyətin və dövlət başçısının tarixi borcudur. Bu, bizim torpaqlardır. Beynəlxalq qurumlar da Azərbaycan ərazi bütövlüyünü tanıyıblar.

Əgər bu belə davam eləsə, təbii ki, müharibə olacaq. Döyüşlər başlayacaq”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın müdafiə naziri 10 günə yaxındır ki, cəbhə bölgəsindədir:

“Nazir oradakı heyətlə görüşüb, lazım olan tapşırıqlar verir. O tapşırıqların nəticəsidir ki, erməni təxribatlarının qarşısı alınır. Onlar məqsədinə nail ola bilmirlər.

Müdafiə Nazirliyi lazım olan tədbirləri, bütün hazırlıqları görür. Əgər Ali Baş Komandan İlham Əliyev məcbur olub müharibə qərarı qəbul edib, əmr verib savaşın başladığını bildirsə, o zaman biz öz torpaqlarımızı azad edəcəyik”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri