28 
Fev
2017
13:12
52
858
52333
Virtual karabakh

Bu gecə daha bir hərbi qulluqçumuz şəhid olub – FOTO + YENİLƏNİB

28 Fev, 2017
13:12
52333

Bu gecə daha bir hərbi qulluqçumuz şəhid olub – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Elvin Süleyman oğlu Əhmədov Tovuz rayonunun Yanıqlı kənd qəbiristanlığında dəfn edilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyəti və şəhidin doğmaları iştirak edib.

Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşindən sonra şəhid alqış sədaları altında son mənzilə yola salınıb.

Qeyd edək ki, əsgər E.Əhmədov erməni hərbi birləşmələrinin cəbhə xəttində təxribat cəhdlərinin qarşısını alarkən yaralanıb. O,  hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Allah rəhmət eləsin!

11:57

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri