28 
Fev
2017
13:10
274
168
5225
Virtual karabakh

Şəhidin atası: Vətənə hamımızın canı fəda olsun

28 Fev, 2017
13:10
5225

Şəhidin atası: Vətənə hamımızın canı fəda olsun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tovuzun və ölkəmizin qəhrəman oğullarından biri Əhmədov Elvin Süleyman oğlu ön cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına şəhid olub. Elvin qardaşımız Yanıqlı kəndindəndir. Bu gün Xocalı soyqrımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtaliyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm. Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq. Belə qəhrəman övladların valideynləri də mərddir, vətən sevdalıdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkə hesabında yazıb.

Millət vəkili fikrlərinin davamı olaraq: “Səbr dilədiyim şəhidimizin atası, deyəsən, səsimin titrədiyinin fərqində idi və telefonda: “Qənirə xanım, oğlumla qürur duyuram, təki vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun”, - dedi. Belə şəhid ailələri qarşısında, sadəcə, baş əymək lazımdır. Nur içində yatsın şəhid qardaşımız. Konfrans bitən kimi, inşallah, Tovuza gəliib ailəmizi ziyarət edəcəm. İnanıram ki, Tovuz şəhidimizi yüksək səviyyədə son mənzilə yola salacaq. Qanınız yerdə qalmayacaq, əziz şəhidlərimiz”, - sözlərini qeyd edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri