Mar
2017
16:14
1006
117
28339
Virtual karabakh

Sarkisyan: Müharibə hər an başlaya bilər

8 Mar, 2017
16:14
28339

Sarkisyan: Müharibə hər an başlaya bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan “France Press” agentliyinə müsahibəsində Qarabağda müharibə təhlükəsinin qaldığını deyib.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan prezidentinin sözlərinə görə, erməni ictimai şüurunda hərbi əməliyyatların başlaması “zaman məsələsidir”, ola bilsin bir neçə həftə və ya ayın məsələsidir. 

“Bu səbəbdən Silahlı Qüvvələrin baş komandanı və müdafiə naziri günü sabah başlaya biləcək müharibəyə hazır olmalıdır”, - deyə Sarkisyan bildirib. 

Bununla belə Ermənistan dövlət başçısı əlavə edib ki, hərbi əməliyyatların bərpasının yaxın gələcəyin məsələsi olduğuna inanmır, ancaq heç nəyi istisna etmir.

Sarkisyan Rusiyanın Azərbaycana milyard dollarlıq silah satmasını “ağrılı qarşıladıqlarını” da bildirib. 

“Biz bundan təəsüflənirik, çünki Rusiya bizim strateji müttəfiqimizdir”, - o deyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri