11 
Mar
2017
20:10
48
835
18284
Virtual karabakh

Şəhid hərbçi Tovuzda torpağa tapşırılıb – FOTO

11 Mar, 2017
20:10
18284

Şəhid hərbçi Tovuzda torpağa tapşırılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri