13 
Mar
2017
13:52
511
21
13993
Virtual karabakh

Ermənilərin pilotsuz uçan aparatları bu silahla məhv ediləcək – FOTO

13 Mar, 2017
13:52
13993

Ermənilərin pilotsuz uçan aparatları bu silahla məhv ediləcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Harp Arge” şirkəti Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulmuş “Drone Killer” silah sistemini satıb.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bundan başqa, sistem elektromaqnit maneələrinin qoyulmasında da istifadə olunur.

Müvafiq razılaşma “Harp Arge” şirkətinin Azərbaycana ilk ixrac təcrübəsidir.

Bu sistemin Azərbaycanın güc strukturlarında uğurla sınaqdan keçirildiyi bildirilir.

PUA-ların neytrallaşdırılması üçün nəzərdə tutulan “Drone Killer” silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. Bununla da PUA ilə idarəetmə mərkəzi arasında əlaqə, həmçinin GPS sistemi pozulur.

Bu sistemdən Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində, eləcə də digər güc strukturlarında istifadə olunur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri