23 
Mar
2017
16:59
497
32
9288
Virtual karabakh

Zakir Həsənov cəbhədə – FOTO

23 Mar, 2017
16:59
9288

Zakir Həsənov cəbhədə – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olub.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Novruz bayramı münasibətilə təbrik edən Müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Ön xətt mövqelərində vəziyyətlə bağlı məruzələri dinləyən Müdafiə naziri müdafiənin dayanıqlığını, texnika və silahların, bölmələrin döyüş hazırlığı səviyyəsini, maddi-texniki bazanın vəziyyətini, eləcə də döyüş növbəsinin təşkilini yoxlayıb və qarşıda duran vəzifələri dəqiqləşdirib.

Sonra hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və nahar süfrəsi arxasında söhbət aparılıb. Nazir şəxsi heyətin sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb, düşmənin istənilən fəaliyyətinin qarşısının dərhal və qətiyyətlə alınması ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri