24 
Mar
2017
14:25
433
33
13798
Virtual karabakh

Müdafiə naziri ön xətdə müdafiənin təşkilini yoxlayıb – FOTO

24 Mar, 2017
14:25
13798

Müdafiə naziri ön xətdə müdafiənin təşkilini yoxlayıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə davam edən səfəri zamanı Müdafiə nazirliyinin rəhbərliyi bilavasitə ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkilini yoxlayıb.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə naziri general-polkovnik Zakir Həsənova müasir qurğuların tətbiqi ilə qarşı tərəfi daimi və fasiləsiz müşahidə edən sistemin fəaliyyəti, onun atəş sistemi ilə əlaqəsi, eləcə də istehkam maneələrinin təkmilləşdirilməsi barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyəti bayram münasibətilə təbrik edən nazir, hərbi qulluqçuların vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmələrinin müqəddəs borc olduğunu xatırladaraq, onlara işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmalarını bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri