27 
Mar
2017
16:59
362
19
4360
Virtual karabakh

General: Ermənistan üç gündə 3 hərbi qulluqçusunu itirib

27 Mar, 2017
16:59
4360

General: Ermənistan üç gündə 3 hərbi qulluqçusunu itirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəbhə xəttində sistematik olaraq atəşkəs rejiminin pozulması nəticəsində düşmən tərəfinin verdiyi itkilərin sayı artsa da, ermənilər bu xəbərləri cidd-cəhdlə gizlətməkdə davam edirlər”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

O qeyd edib ki, son günlər sosial şəbəkələrdə erməni istifadəçilərin yazılarının monitorinqi bunu deməyə əsas verir:

“Sosial şəbəkələr və digər mənbələrdən əldə etdiyim məlumatlara görə, martın 23-dən 25-dək, yəni cəmi üç gündə Qarabağda düşmən tərəfi 3 nəfər hərbi qulluqçusunu itirib. Onlardan birinin baş leytenant Georgi Adoyanın mina partlayışı nəticəsində ağır yaralanması məlumdur. Bundan başqa, ordumuz tərəfindən görülən cavab tədbirləri nəticəsində hələlik adları məlum olmayan bir erməni hərbçisi məhv edilib, digəri isə ağır yaralanıb.

Seçki ərəfəsində Ermənistan hakimiyyəti birmənalı olaraq, istənilən neqativ məlumatların cəmiyyətə sızmasının qarşısını almaqda israrlıdır. Xüsusilə, bu məlumat cəbhədəki itkiləri ilə bağlı olanda daha çox canfəşanlıq göstərilir”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri