28 
Mar
2017
16:49
565
49
18747
Virtual karabakh

General: Azərbaycanda elə silahlar var ki, “İsgəndər” onun yanında oyuncaqdır

28 Mar, 2017
16:49
18747

General: Azərbaycanda elə silahlar var ki, “İsgəndər” onun yanında oyuncaqdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev Ermənistan prezidenti Serj Sarkisyanın “İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib.

Oxu.Az-ın məlumatına görə, M.Həmzəyev ölkə.az-a açıqlamasında bildirib ki, Serj Sarkisyan yenə cəfəng fikirlər söyləyir:

“Sarkisyan guya öz aləmində Azərbaycana xof gəlir. Heç özü belə bu fikirlərinə inanmır. Ermənistan rəhbərliyi bu vaxta qədər Rusiyaya arxalanıb, xoflanırdı, Azərbaycanı hədələyirdi. Son vaxtlar Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşılaşdığı üçün Ermənistan künc-bucaqda qalıb. İndi Sarkisyan daha kimə arxalanır? Rusiya Ermənistana “İsgəndər” silahına yaxın durmağa belə icazə verməz. Serj Sarkisyandır da, nə danışdığını heç özü də bilmir. Yəqin ki, aprel döyüşlərinin ildönümü yaxınlaşdığı üçün Sarkisyan qorxuya düşüb. Ona görə də belə danışır”.

General Azərbaycan Silahlı Qüvvələrinin “İsgəndər” raketlərindən də güclü silahlara malik olduğunu söyləyib:

“Azərbaycanda elə silahlar var ki, “İsgəndər” raketləri onun yanında oyuncaq kimi görünür. Allah etməsin ki, Azərbaycan həmin silahlardan istifadə etsin. Yoxsa Ermənistan yer üzündən silinər”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri