29 
Mar
2017
13:10
96
41
2247
Virtual karabakh

Almaniyalı hərbçilər Azərbaycanda mühazirələrlə çıxış edib – FOTO

29 Mar, 2017
13:10
2247

Almaniyalı hərbçilər Azərbaycanda mühazirələrlə çıxış edib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında imzalanan plana uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib.

Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, AFR Silahlı Qüvvələri Hərbi Akademiyasının hərbi strategiya məsələləri üzrə mütəxəssisi Klaus Hütker Hərbi Akademiyanın Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun dinləyiciləri qarşısında mühazirələrlə çıxış edib.

Mühazirələrdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi strategiya sahəsində çalışan mütəxəssislər ilə K.Hütker arasında ekspert qrupunun görüşü keçirilib və müzakirələr aparılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri