29 
Mar
2017
13:51
9
163
1279
Virtual karabakh

Anjey Kaspşikin ofisinin tərkibi genişləndirilir

29 Mar, 2017
13:51
1279

Anjey Kaspşikin ofisinin tərkibi genişləndirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofis heyətinin sayının 7 nəfərə kimi artırılması nəzərdə tutulur.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov ötən gün qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbəri” Bako Saakyanla görüşünün yekunlarını şərh edərkən deyib. O, bu və digər texniki məsələlərin müzakirə olunduğunu qeyd edib.

Qeyd edək ki, hazırda ofisdə 5 nəfər fəaliyyət göstərir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri