12 
Apr
2017
14:57
125
25
1346
Virtual karabakh

Azərbaycan XİN rəhbəri: Güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyinə hamı riayət etməlidir

12 Apr, 2017
14:57
1346

Azərbaycan XİN rəhbəri: Güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyinə hamı riayət etməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşada estoniyalı həmkarı Sven Mikserlə görüşü zamanı deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov bildirib ki, Avropa İttifaqı tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri