13 
Apr
2017
12:30
33
338
2809
yuxarı
Ermənistan silahlı qüvvələri Ağdamda hərbi təlim keçirir
13 Apr, 2017
12:30
2809
33
338
Ermənistan silahlı qüvvələri Ağdamda hərbi təlim keçirir
Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçirir.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, ermənilər bu gün saat 11:00-dan etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb.
Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə, əsasən, ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir.
N.O.